Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Abşeronda vəzifəli şəxs həbs edildi -SƏBƏB

Baş Prokurorluq AÇIQLAMA YAYDI

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib.

Yenixeber.org: Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam