Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

TÜRKSOY-un nümayəndə heyəti Şuşada

 

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında iştirak edən xarici nümayəndə heyəti Şuşa şəhərinə gəlib 

Yenixeber.org: Bu gün Qafqazın mirvarisi olan Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçiriləcək və iclasın yekun bəyanatı elan olunacaq

Nümayəndə heyətinə TÜRKSOY baş katibinin müavini, Macarıstanın Azərbaycandakı səfiri, həmçinin 10 Afrika ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri daxildir.

Səfər zamanı xarici qonaqlar işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları, bərpa işləri, eləcə də Şuşa şəhərinin təbii gözəlliyi ilə də tanış olacaqlar. 

Qeyd edək ki, ötən gün Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclası keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam