Şoyqu amerikalı həmkarı ilə danışıb

ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Yenixeber.org: Məlumatı Rusiya tərəfi yayıb.
Telefon danışığının ABŞ-ın təşəbbüsü ilə baş tutduğu bildirilir. Nazirlər Amerikaya məxsus pilotsuz uçuş aparatının Qara dənizə düşməsi ilə bağlı insidenti müzakirə ediblər.
Dünən ABŞ ordusu məlumat yayıb ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.