ASAPES-də inklüziv təhsil layihələri çərçivəsində tədbir keçirilib -VİDEO
Martın 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) BP və tərəfdaşları tərəfindən dəstəklənən inklüziv təhsil layihələri çərçivəsində tədbir keçirilib.
Yenixeber.org: Tədbirdə BP-nin Xəzər regionu üzrə Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, ASAPES-in rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seinsböri, AGT Regionunun xarici əlaqələr və kampaniyalar şöbəsinin müdiri Tamam Bayatlı, “British Council”un ölkə üzrə direktoru Nərgiz Hacıyeva, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, “DanceAbility” Azərbaycan şirkətinin rəhbəri Nigar Sultanova, “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsil layihəsinin koordinatoru Zərifə Məmmədli, həmçinin Akademiyanın professor-müəllim heyəti və digər fəxri qonaqlar iştirak edib.
ASAPES-in rektoru Fuad Hacıyev, BP-nin Xəzər regionu üzrə Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seinsböri və digər çıxış edən natiqlər həyata keçirilən layihələr vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ etməklə əlilliyi olan insanların inteqrasiya imkanlarının fəal şəkildə təşviq olunmasının zəruriliyini bildiriblər.
Bundan başqa, ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idman sahəsinə cəlb olunması və idman vasitəsilə cəmiyyətdə inklüzivliyin inkişafına dəstəyin artırılmasının vacibliyi vurğulanıb, Akademiyanın “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hybrid (onlayn və oflayn) qeyri-formal təhsilin təşkili üzrə sınaq layihəsi”ni özündə əks etdirən videoçarx nümayiş olunub.