Rusiya Zaporojye vilayətinə zərbələr endirib
Rusiya ordusu tərəfindən gün ərzində Zaporojye vilayətinə ondan çox hava və iki raket hücumu həyata keçirib.
Yenixeber.org: Ukrayna mediası xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
S-300 zenit-raket kompleksindən mülki infrastruktur obyektinə zərbə endirilib. Mülki əhali arasında ölən və yaralanan yoxdur.