Bu tanker Azov dənizindən Qara dənizə keçə bilmir - SƏBƏB

Azov dənizində mayeləşdirilmiş qaz daşıyan üç tanker Kerç boğazından Qara dənizə keçmək üçün icazə gözləyir.
Yenixeber.org: Gəmilər Krım və Taman yarımadaları arasındakı körpünün altından - Kerç boğazından təhlükəli yüklərin keçməsinə qoyulan məhdudiyyətlər səbəbindən Azov dənizini tərk edə bilmir.
Qeyd edək ki, körpü Ukrayna ərazisi olan Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqından sonra tikilib. Son müharibədə körpü partladılmışdı.(“Reuters”)