Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyi dəqiq tarixi rəsmi şəkildə elan edəcək.
Yenixeber.org: Ərdoğan Bakı vaxtı ilə 15:00-da Prezident iqamətgahında bununla bağlı çıxış edəcək. Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-ü keçirilməsi gözlənilir.