Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Yenilənmiş Şengen informasiya sistemi istifadəyə verildi

Yenilənmiş Şengen informasiya sistemi istifadəyə verildi 
Yenilənmiş Şengen İnformasiya Sistemi (SIS) rəsmi olaraq martın 7-də istifadəyə verilib. O, 30 Avropa ölkəsində sərhəd nəzarəti və hüquq-mühafizə sahəsində əməkdaşlığı dəstəkləyir.
Yenixeber.org: Yenilənmiş SIS-ə yeni yoxlama alətləri daxil olacaq. Şengen İnformasiya Sistemi hakimiyyət orqanlarının tələbi ilə axtarışda olan və itkin düşmüş şəxslər haqqında məlumatları toplayır və təqdim edir. Həmçinin - Aİ-də qalmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, itirilmiş əşyalar (avtomobillər, sənədlər, silahlar) haqqında daha çox məlumatı özündə əks etdirir.
Avropa Komissiyasının press-relizinə əsasən, yenilənmiş SIS dünyanın ən qabaqcıl sərhəd nəzarəti sisteminin bir hissəsi olacaq. Burada biometrik məlumatlar - tam ovuc izləri və DNT qeydləri, həmçinin digər məlumatlar əks olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam