Minaların təmizlənməsi 70 il çəkəcək -Ukraynada
Ukraynanın müharibə apardığı əraziləri mina və partlayıcı maddələrdən tam təmizləmək üçün 70 il lazım olacaq.
Yenixeber.org: Bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.
Sviridenkonun sözlərinə görə, bu iş üçün Ukraynaya xarici tərəfdaşların - maliyyə, texnoloji və təşkilati dəstək lazımdır.
O, həmçinin minatəmizləmə işlərini əlaqələndirmək üçün Ramşteyn formatının analoqunu - Ukraynaya yardım edən müxtəlif dövlətlərin müntəzəm görüşlərini yaratmaq lazım olduğunu bildirib.