İranın nüvə obyektləri yoxlanılacaq -AÇIQLAMA
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İran hökuməti ilə danışıqlar aparıb.
Yenixeber.org: Bu barədə təşkilatın saytında məlumat yayılıb.
Görüş zamanı Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə sazişin bərpası imkanları müzakirə edilib.
İran tərəfi BAEA-yə nüvə obyektlərinin yoxlanılması və monitorinqinə icazə verməyə razılaşıb. İran üç nüvə obyektinə giriş icazəsi verib. Tərəflər yaxın vaxtlarda Tehranda keçiriləcək görüşdə gələcək əməkdaşlıq şərtlərini müzakirə edəcəklər.