Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İranın Moskvadan verdiyi mesajlar:QALİBAF KREMLƏ "SON SÖZ"DƏN BAŞQA NƏ ÇATDIRIB?

 

Marianna Belenkaya

“Kommersant”, 09.02.2021

 

Yenixeber.org: İranın ali lideri Ayətullah Əli Xamnəi “son sözü”nü deyib: Tehran yalnız “Vaşinqtonun birtərəfli sanksiyaları ləğv etdiyi təqdirdə”, nüvə razılaşmasına əməl edəcək. ABŞ prezidenti Co Bayden də, öz növbəsində, İrana tətbiq olunan sanksiyaların ləğvinin yalnız iranlıların uran zənginləşdirməsini dayandırdıqda, baş verəcəyini açıq şəkildə bildirib.

Bəyanat mübadiləsi Tehranın verdiyi ultimatumun bitməsindən düz 2 həftə əvvəl baş verib: ya sanksiyaların ləğvi, ya da Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın azaldılması.

Bazar günü İranın ali lideri Ayətullah Əli Xamnəinin “son söz” haştaqı ilə “Twitter”-də belə bir yazısı ortaya çıxıb: “Əgər İranın öz öhdəliklərinə qayıtmasını istəyirlərsə, ABŞ bütün sanksiyaları ləğv etməlidir. Bunu yoxlayacağıq və təsdiq olunarsa, öhdəliklərə qayıdacağıq”.

Söhbət dekabr ayında İran Məclisində (parlamentində) təsdiqlənmiş, hökumət qarşısında uranın zənginləşdirmə dərəcəsini 20%-ə çatdırmaq vəzifəsi qoyan qərarın icrasından gedir. Millət vəkilləri, həmçinin, beynəlxalq müfəttişlərə ölkənin nüvə proqramını izləməklə, geniş imkanlar təqdim edən IAEA-nın təhlükəsizlik müqaviləsinə Əlavə Protokolun İranın könüllü tətbiq etməsini dayandırmaq üçün kabinəyə 2 ay vaxt veriblər. Bu, 2015-ci ildə İranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə imzaladığı Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) – “nüvə sazişi”ni dəfn edə bilər.

2018-ci ilin mayında ABŞ İrana tətbiq etdiyi sanksiyaları geri qaytarmaqla müqavilədən çıxıb. Bu, bütün beynəlxalq birlik üçün Tehranla ticarət imkanlarını məhdudlaşdırıb. 1 il sonra, İran ABŞ-ın sanksiyalarından yayınmağın yolunu tapacağını vəd edən Aİ-yə təzyiq göstərmək ümidi ilə, JCPOA öhdəliklərini ləğv etməyə başlayıb.

ABŞ prezidenti Donald Trampın komandası Ağ Evdə olarkən, İrana qarşı sanksiyalar yalnız çoxalıb və Aİ ABŞ-a müqavimət göstərə bilməyib.

Bazar ertəsi günü Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda çıxış edən Məclis sədri Məhəmməd Baqir Qalibaf bildirib: “Maksimum təzyiq” siyasəti İranın başqa bir seçiminin olmamasına gətirib çıxardı”. Bundan əvvəl, o, Moskvaya səfəri çərçivəsində Federasiya Şurasının və Dövlət Dumasının sədrləri Valentina Matviyenko və Vyaçeslav Volodin ilə görüşüb. Xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə məsləhətləşmələr Çərşənbə axşamına planlaşdırılıb.

Cənab Qalibaf İranın JCPOA-dan sanksiyalardan başqa bir şey almadığını açıq şəkildə bildirib və ölkəsi bu təcrübəni təkrarlamaq istəmir. “JCPOA-nın davamlı olmasını istəyiriksə, bundan fayda götürməliyik”, – deyə o vurğulayıb və əlavə edib ki, İran xalqı sanksiyaların ləğvinin təsirini görməlidir və bundan sonra Tehran “nüvə anlaşması”dakı öhdəliklərini həyata keçirməyə hazırdır.

Eyni zamanda, Məclis sədri Tehranın JCPOA-da qalacağını, ancaq bu sənədin mübahisələrin həlli mexanizminə aid 36 və 37-ci maddələrinə uyğun olaraq, öhdəliklərini tədricən tərk etməyə davam edəcəyini açıq şəkildə bildirib. Hazırda İran məhz Məclis qərarlarının icrasına və MAQATE-nin Əlavə Protokolunun tətbiqinin dayandırılmasının planlaşdırıldığı 21 fevral tarixinə doğru irəliləyir. “Bu, təhlükə deyil, yeganə yoldur. Mühüm sual JCPOA-nın gələcəyinin nə olduğu deyil, amerikalıların JCPOA-dakı keçmiş iştirakdan nə öyrəndikləridir”.

Seçki kampaniyası mərhələsində ABŞ-ın hazırkı prezidenti Co Bayden JCPOA-ya qayıtmağa söz verib. Ancaq bunun hansı şərtlər altında ediləcəyi deyilməyib.

CBS-ə verdiyi müsahibədə prezident Bayden Tehranın danışıqlar masası arxasında oturması üçün Vaşinqtonun sanksiyaları ləğv edib-etməyəcəyi ilə bağlı suala cavab verməyib. Başqa bir suala – “İran əvvəlcə uranı zənginləşdirməyi dayandırmalıdır?”a cavab olaraq Bayden başını yırğalayıb.

Bir yüksək səviyyəli ABŞ rəsmisi daha sonra mətbuata prezidentin JCPOA-da müəyyən edilmiş 3.67% normasından artıq uranın zənginləşdirilməməsindən bəhs etdiyini izah edib.

“Bloomberg”-in də qeyd etdiyi kimi, Bayden komandasının Tehranla əlaqəli strategiyası tam işlənməyib. İran üçün xüsusi bir elçi yalnız 2 həftə əvvəl təyin olunub: Robert Malli, Barak Obama administrasiyasında Yaxın Şərq üzrə prezident köməkçisi və İŞİD terror qruplaşmasına qarşı mübarizədə onun məsləhətçisi.

Cənab Obamanın prezidentliyi dövründə İranla bir qrup ABŞ danışıqçısına rəhbərlik edən Vendi Şerman dövlət katibi müavini vəzifəsinə namizədliyini təsdiqləmək üçün hələ Senatdakı dinləmədən keçməyib.

“Bloomberg”-in yazdığına görə, bu günə qədər Vaşinqton əsas sanksiyaları, ilk növbədə, neft embarqosunu ləğv etmədən İranın maliyyə yükünü necə asanlaşdıracağına dair variantları nəzərdən keçirir.

Seçimlərə Beynəlxalq Valyuta Fondundan koronavirusla mübarizə üçün Tehrana borc verilməsi və İranın koronavirusla mübarizə üçün yardım almasına mane olan sanksiyaların yumşaldılmasını (Bazar ertəsi günü BVF 5 milyard dollarlıq kredit üçün əvvəllər rədd edilmiş müraciətə baxmağa hazır olduğunu açıqlayıb) daxildir.

Bundan əlavə, ABŞ Seulun Cənubi Koreya banklarında saxladığı dondurulmuş 7 milyard dollarlıq İran aktivlərinin bir hissəsinin qaytarılmasına icazə verə bilər. Pul İranın BMT-yə üzvlük haqqı borcunu ödəməyə gedə bilər.

Başqa bir mümkün yumşaltma ABŞ Maliyyə Nazirliyinin İranla məhdud ticarət lisenziyalarının verilməsidir.

MDBMİ (MQİMO) Beynəlxalq Araşdırmalar İnstitutunun analitiki, iranşünas Adlan Marqoyev “Kommersant”-a açıqlamasında deyib: “İran və ABŞ arasındakı danışıqlar jurnalistlər vasitəsilə keçirildiyi müddətdə JCPOA-ya qayıtmaq üçün irəliləyiş görməyəcəyik. JCPOA ilə bağlı danışıqlar ərəfəsində Rusiyanın təklif etdiyi mərhələli və qarşılıqlı əlaqə prinsipi bu vəziyyətdə həll yolları tapmağı mümkün edib. Artıq indi müzakirəçilərin 154 səhifəlik bir razılaşması olduğu üçün bu prinsipi xatırlatmaq və qapalı qapılar arxasında mərhələli fəaliyyət planı hazırlamağa imkan verəcək bir dialoqa başlamaq lazımdır”.

Marqoyev cənab Qalibafın İranın ABŞ-a nə edəcəyi seçimi verdiyini, ancaq Tehranın hər ssenariyə hazır olduğunu söylədiyinə diqqət çəkdirib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam