Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Prezident İlham Əliyev:Biz Litva ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk

Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk.
Yenixeber.org: Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının milli bayramı münasibətilə litvalı həmkarı Gitanas Nausedaya ünvanladığı təbrik məktubunda yer alıb.
“Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşmışdır”, - məktubda belə deyilir.
Dövlət başçısı Azərbaycan-Litva münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam