Türkiyənin Kahramanmaraş şəhərində 7,7 bal gücündə olan zəlzələnin fəsadları hər ötən gün artır. 10 əyalətdə binaların çökməsi nəticəsində 16 mindən çox vətəndaş həlak olub. Dağılan binaların altından insanların çıxarılması üçün xilasetmə işləri davam etdirilir.
Yenixeber.org: Digər tərəfdən isə zəlzələ nəticəsində həlak olanların cansız bədənləri idman zallarına, xəstəxanaların həyətlərinə toplanılır. Meyidlərin basdırılması üçün artıq müxtəlif əyalərdə kütləvi məzarlıqların qazılmasına başlanılıb. Müxtəlif agentliklərin qəbirstanlıqlardan çəkdiyi fotolar zəlzələnin yaratdığı çərasizlik kimi ürək dağladı. Üürək sıxladan fotoları təqdim edirik: