Bu kibercinayətkarlara sanksiya tətbiq edildi
ABŞ Böyük Britaniya ilə birlikdə 7 Rusiya vətəndaşına sanksiya tətbiq edib.
Yenixeber.org: Bu barədə ABŞ Maliyyə Nazirliyi və Britaniya hökuməti məlumat yayıb.
Onların Rusiya hakimiyyətinə bağlı “Trikbot” kiberqrupunun üzvü olduğu bildirilir.
"Trickbot" ilk dəfə 2016-cı ildə aşkar edilib. Qrupun hakerləri banklardan, hüquq firmalarından, kommunal xidmətlərdən, universitetlərdən və yerli hökumətlərdən on-yüz milyon ABŞ dolları arası oğurluq edib.