Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İsveçrə Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı referendum keçirə bilər

 

İsveçrə dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpasına sərf etməyə qarşı deyil, lakin bunun üçün referendum tələb oluna bilər.

Yenixeber.org: “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnasio Kassis “Tages-Anzeiger” nəşrinə müsahibəsində bildirib.

“Ukraynanın bərpasına kömək etməkdə ciddiyiksə, onu necə maliyyələşdirəcəyimizi düşünməliyik”, - deyən nazir əlavə edib ki, Qərb ölkələri Rusiyanın aktivlərinin müsadirə edilməsi addımını müzakirə edir.

İ.Kassis vurğulayıb ki, İsveçrə 7,5 milyard frank (8,2 milyard ABŞ dolları) dəyərində Rusiya aktivini dondurub, lakin ölkə qanunvericiliyinə görə, onlar müsadirə oluna bilməz. Bu qanunu dəyişdirmək üçün isə yəqin ki, referendum tələb olunacaq.

“Bizə aid olmayan pulları sadəcə mənəvi cəhətdən düzgün hesab etdiyimiz üçün götürə bilmərik. Mülkiyyət hüququ deyilən bir şey var”, - İsveçrənin xarici işlər naziri deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam