Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Putin üçün xüsusi tribunal yaradılır


Avropa Parlamentinin deputatları Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonu araşdırmaq üçün xüsusi tribunalın yaradılmasına səs veriblər.
Yenixeber.org: Bu barədə AP-nin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, səsvermə nəticəsində avropalı parlamentarilər Rusiya aktivlərinin “Kiyevə təzminat üçün” istifadəsinə dair qətnamə (qətnamə - beynəlxalq konfransların və ya qurumların qəbul etdikləri tövsiyə xarakterli qərarın bir növü) də qəbul ediblər. Sənədin qəbulunun lehinə 472 deputat, əleyhinə 19 deputat səs verib, 33 deputat bitərəf qalıb.
AP-nin deputatları vurğulayıblar ki, tribunal təkcə Vladimir Putin və Rusiyanın siyasi və hərbi rəhbərliyini deyil, həm də Aleksandr Lukaşenko və onun Belarusdakı əlaltılarını araşdırmaq yurisdiksiyasına malik olmalıdır.
Avropa Parlamenti Buça və İrpendə baş vermiş hadisələri də xatırladaraq, qətllərdə RF Silahlı Qüvvələrinin hərbçilərinin günahkar olduğunu bildirib. AP-nin saytında Ukrayna ilə əməkdaşlıq çərçivəsində tribunalın yaradılmasına dərhal hazırlığın vacibliyi qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam