Hulusi Akar Çexiyaya gedib
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Çexiyaya gedib.
Yenixeber.org: Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
O, bir sıra rəsmi şəxslərlə, o cümlədən Çexiyanın müdafiə naziri Yana Çernoxova ilə görüşəcək.
Xatırladaq ki, H.Akar bundan əvvəl Böyük Britaniyada səfərdə olub.