Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib

 

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib.

Yenixeber.org: Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Sazişi təsdiqləyib.

Qeyd edək ki, 15 maddədən ibarət sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır.

Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam