Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

 

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva Azərbaycana qayıda bilər.

Yenixeber.org: Bu barədə braziliyalı keçmiş hücumçu özü məlumat yayıb.

34 yaşlı “sambaçı” fevralın 16-da Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi “Gent”lə Bakıda keçirəcəyi matçı izləmək üçün Bakıya gəlməyi planlaşdırır: “Həmin görüşü izləmək üçün övladımla birlikdə yenidən Bakıya gəlməyi çox istəyirəm. Gəlsəm, məni dəstəkləyən azarkeşlərlə, “Qarabağ”da çox sevdiyim insanlarla mütləq görüşəcəyəm. Azarkeşlərdən, klub rəhbərliyindən, məşqçilərdən, keçmiş komanda yoldaşlarımdan, bir sözlə, Azərbaycandan ötrü darıxmışam”.

“Qarabağ”la “Gent” arasında Belçikadakı cavab qarşılaşması fevralın 23-də baş tutacaq.

Qeyd edək ki, 2013-2017-ci illərdə və 2018/2019 mövsümünün ikinci yarısında “Qarabağ”ın formasını geyinən Reynaldo 4 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

Reynaldo Silvanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam