Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Müşahidə olunan faktiki və gözlənilən hava -PROQNOZ

 

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb.

Yenixeber.org: Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat yayıb.
Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub.

Direktor bildirib ki, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda 19, Göytəpədə 17, Qusarda 16, Qax, Yardımlıda 15, Şabran, Qobustanda 14, Biləsuvar, İsmayıllıda 10, Lənkəranda 9, Göyçayda 8, Salyan, Daşkəsəndə 7, Zərdabda 6, Göygöldə 5, Oğuz, Cəfərxan, Gədəbəydə 4, Ağdərədə 3, Ağdamda 2, Ağsu, Qrız, Zaqatala, Astara, Bərdədə 1, Binədə 9, Bakıda 7 sm olub.

G.Məmmədova deyib ki, cənub-şərq küləyinin sürəti Şabranda 20 m/s-dək güclənib. Dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qəbələ, Qax, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb:

"Havanın minimal temperaturu Bakıda iqlim normasından 5.3 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvan MR-da və dağlıq rayonlarda 8-13 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub. Yanvarın 12-si günün ikinci yarısından ölkənin qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu həftənin sonunadək tədricən 4-6 dərəcə yüksələcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam