Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Balakəndə silah və narkotik əməliyyatı keçirilib-FOTOLAR

Balakəndə silah və narkotik əməliyyatı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri - Mənsur Qaracayev, Mahir Akqubayev, Mehman Salihov və Aydın Cücüyevdən qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ” markalı ov tüfəngi, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanıb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz döviyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehdi Qunduzov və Nicat Məmmədov saxlanılıb. Onların üzərinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam