Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Səfirimiz etimadnaməsini Kuba Prezidentinə təqdim etdi -FOTOLAR

Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib - FOTO11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.

Yenixeber.org: Kuba Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə çatdırıb.

Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Kuba Prezidenti öz növbəsində, onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə həyata keçirdiyi səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı QH-də uğurlu sədrliyi münasibəti ilə təbrik edib. Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib.

Söhbət əsnasında iki ölkə arasında müxətlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib - FOTO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam