Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Sahibə Qafarova beynəlxalq konfransda Ermənistanın 30 illik işğal siyasətindən danışıb

 

“Azərbaycan torpaqlarının 20 faizi 30 il Ermənistanın işğalı altında olub, şəhərlərimiz dağıdılıb, insanlarımız qaçqın və məcburi köçkün durumuna düşüblər”.

Yenixeber.org: Bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, problemli məsələlər həllini tapmalıdır: “İkili standartlardan qaçmalıyıq. Dünyada ədalət və səmimiyyətə ehtiyac var”.

S.Qafarova söyləyib ki, dünyada çətinliklər getdikcə artır: “Pandemiya ilə birlikdə artan çətinliklər həyatın bütün sahələrinə təsir etdi, sosial gərginlik yaratdı. Pandemiya, iqlim dəyişikliyi və qlobal problemlərə qarşı bəzi tədbirlər görməyə çalışırıq. Həmrəylik hər zaman vacibdir”.

Qeyd edək ki, sessiyanın sonunda bəyannamə qəbul olunacaq.

Xatırladaq ki, Asiya Parlament Assambleyası 2006-cı ildə Sülh naminə Asiya Parlamentləri Assosiasiyasının VII sessiyasının qərarı ilə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam