Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Qarabağ erməniləri indi də pendir tapmırlar -FOTO

Qarabağ erməniləri indi də pendir tapmırlar -    FOTO 
Rusiya sülhməramlılarının Laçın dəhlizini nəqliyyat üçün bağlaması Qarabağdakı separatçıları çətin duruma salıb.
Yenixeber.org: Artıq bir aydır Xankəndi ilə yanaşı Əsgəran və digər etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində ərzaq, kənd təsərrüfatı məhzulları ilə bağlı qıtlıq yaşanır.
Bu gün isə erməni fəal, “Koriz” gənclər mərkəzinin təsisçisi Arpine Xaçatryan sosial şəbəkələrdə Qarabağdakı dostlarından yeni fotolar əldə etdiyini yazıb. O, ərzaq növbəsini əks etdirən fotoları öz Facebook səhifəsində paylaşaraq yazıb:
“Nənələrə pendir növbəsində gözləmək uğurlu olmadı. Onlardan birinə pendir çatmayıb. O, pendirin bitdiyini biləndən sonra əlindəki boş zəmbili yelləyə-yelləyə evə əliboş gedib. Başqa bir çətin tarixi dövrdə ən ağır yük yenidən Qarabağ ermənilərinin çiyninə düşdü". Xaçatryan yükün Qarabağ ermənilərinin çiyninə atılmasını deməklə səlində İrəvana söz atmış olub.
Xatırladaq ki, dekabrın əvvəlindən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində təşkil olunan dinc aksiyalarda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələb olunur. Sülhməramlılar aksiyalara görə dəhlizdə nəqliyyatın fəaliyyətini dayandırıblar. Amma yoldan humanitar məqsədlərlə istifadə olunur.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam