Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Baş redaktor saxlanıldı -SƏBƏB

"Sputnik Litva"nın baş redaktoru saxlanıldı
Latviya xüsusi xidmət orqanları "Sputnik Litva" xəbər agentliyinin baş redaktoru Marat Kasemi Riqada casusluqda şübhəli biliərək saxlayıb.
Yenixeber.org: Bu barədə Sputnik Near Abroad Telegram kanalı məlumat yayıb.
Məlumata görə, yanvarın 5-də məhkəmə iclası keçirilib və nəticədə jurnalist Riqa mərkəzi həbsxanasına köçürülüb. Mənbənin məlumatına görə, Kasem Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarını pozmaqda, həmçinin casusluqda ittiham olunur. Eyni zamanda, ikinci maddəyə görə, jurnalisti 20 ilədək həbs cəzası gözləyir.
Məlumdur ki, Kasemi müdafiə edəcək vəkili İmma Jansone hələ də iş materiallarını almayıb. Qanuna görə, həbs qətimkan tədbiri kimi məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün 10 gün vaxt var.
Marat Kasem Latviya vətəndaşıdır, lakin bir neçə ildir Moskvada yaşayır və Sputnik Litvanın daxil olduğu "Rossiya Seqodnya" media qrupunda işləyir. Dekabrın 30-da xəbər agentliyinin baş redaktoru ailə vəziyyəti ilə əlaqədar Latviyaya gedib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam