Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Ukrayna Putinin atəşkəs elan etməsini “İkiüzlülük” adlandırdı-RƏSMİ

Ukraynadan Putinin atəşkəs elan etməsinə reaksiya

Ukrayna Prezidentinin dəftərxanası Rusiyanın 6 və 7 yanvar tarixlərində elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.

Yenixeber.org: Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür.

“Rusiya əlavə səfərbərlik həyata keçirmək, işğal olunmuş ərazilərdə genişmiqyaslı istehkamlar qurmaq və ordunu yenidən qruplaşdırmaq üçün vaxt qazanmaq istəyir. Bu, Putinin “müvəqqəti atəşkəs” haqqında göstərişinin kinli mənasıdır. Bayağı hiylə. Bunda müharibəni bitirməyə zərrə qədər də istək yoxdur. Üstəlik, nəzərinizə çatdırım ki, mülki obyektlərə yalnız Rusiya raketlərlə hücum edir. Dini ayinlərin keçirildiyi yerlər də daxil olmaqla və bunu məhz bayram Milad günlərində edir. Ona görə də bir daha Rusiya Federasiyası rəhbərliyinin bilərəkdən manipulyasiya təşəbbüslərinə reaksiya verməyə ehtiyac yoxdur”, Podolyak bildirib.

Qeyd edək ki, Putin 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək atəşkəs olunması ilə bağlı əmr verib.(“UNİAN”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam