Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Ermənistanın Rusiya və Ukraynadakı səfirləri arasında mübahisə yaranıb

 

Ermənistanın Rusiya və Ukraynadakı səfirləri arasında mübahisə yaranıb.

Yenixeber.org: Bildirilib ki, İrəvanın Kiyevdəki səfiri Vladimir Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyana təcili olaraq Ukraynanı dəstəkləməyi məsləhət görüb. Onun sözlərinə görə, bir neçə aya Ukrayna qələbə qazanacaq.

Karapetyanın çıxışı Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı özündən çıxarıb: “Mən xəstələrin burada çıxış etməməsini xahiş edərdim”. O əlavə edib ki, Rusiya heç bir halda məğlub olmayacaq: “Hadisələr belə inkişaf edərsə, Rusiya nüvə silahından istifadə edəcək”.

Qeyd edək ki, V.Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. 2002-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan onu general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ildə Armen Sarkisyan onun rütbəsinin bərpa olunmasına dair sərəncam imzalayıb. 2020-ci ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri təyin edilib. Vaqarşak Arutyunyan 2020-ci il noyabrın 20-dən 2021-ci il iyulun 20-dək müdafiə naziri işləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam