Türkiyənin xüsusi təyinatlıları səfir Cahit Bağcı ilə görüşüblər
Türkiyə təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin şəxsi heyəti bu ölkənin Azərbaycandakı səfirliyində olublar.
Yenixeber.org: Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter səhifəsində yazıb.
Diplomat şəxsi heyətin fəaliyyəti barədə məlumat aldığını, müzakirələr aparıldığını bildirib: “Allah onları qorusun, güclərini artırsın”.