Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İranda etirazlarda 300 nəfər öldürülüb

İranda etirazlarda 300 nəfər öldürülüb   
İranda etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insan öldürülüb.
Yenixeber.org: Bu barədə İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən biri general Əmir Əli Hacızadə Tehrandakı Şəhid Rəcayi Universitetində çıxış edərkən deyib.

İrandan yayımlanan Tələbə Xəbər Şəbəkəsinin (SNN) məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı Hacızadə çıxışın da ölkədə iki ay yarım davam edən etiraz aksiyalarına da toxunub. O, nümayişlərin rejim əleyhdarları tərəfindən təşkil edildiyini, lakin etirazçıların hər birinin günahkar olmadığına diqqət çəkib:

"İğtişaşlara aldananlar əksinqilabçı deyillər, onlar bizim övladlarımızın, xalqımızın bir parçasıdır".

Qeyd edək ki, sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkənin bir çox şəhərlərində etirazlara səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam