Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İlham Əliyev:"Azərbaycan-Özbəkistan əlaqələri daha yüksək səviyyəyə qalxıb"

 

"Səfərlər zamanı Prezident Şavkat Mirziyoyevlə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha yüksək səviyyəyə qalxıb".

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər edirəm. Aprel ayında Özbəkistanda dövlət səfərində olmuşam. Sentyabr ayında Şanyax Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak etmişəm. Bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnunam. Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanım olmuşdur. Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm. Səfərlər zamanı Prezident Şavkat Mirziyoyevlə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha yüksək səviyyəyə qalxıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam