Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara çağırış edib

 

Hazırda vətəndaşlara yönəlmiş kiberhücumların əsas məqsədi onlara aid əsas məlumatları, xüsusilə bank kartlarına aid məlumatları ələ keçirməklə bağlıdır.

Yenixeber.org: Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev deyib.

Onun sözlərinə görə, vətəndaşlar satış saytlarında məhsullarını satmaq üçün elan yerləşdirirlər: “Bu satışı görən dələduzlar elanlardan vətəndaşların məlumatlarını əldə edirlər. Daha sonra xüsusi proqramlar vasitəsilə onlar üçün keçidlər, linklər yaradırlar”.

Ş.Əliyev deyib ki, dələduzlar votsap vastəsilə vətəndaşa müraciət edirlər: “Bildirirlər ki, məhsul hələ də satışdadırsa, məhsulu almaqda maraqlıyam. Vətəndaşı daha da inandırmaq üçün məhsulla bağlı detallı suallar verirlər. Artıq vətəndaş inanır ki, bu şəxs real alıcıdır, növbəti mərhələdə isə həmin şəxs vətəndaşa təklif edir ki, kuryer xidməti vasitəsilə məhsulun çatdırılmasını təmin etsin. Bu mərhələdə isə “Azərpoçt” un adından istifadə edirlər. Vətəndaşa müəyyən keçid göndərirlər və bildirirlər ki, artıq ödəniş həyata keçirilib. Qeyd edirlər ki, vətəndaş sayta daxil olsun, kart məlumatlarını daxil etsin və ödənişi qəbul etsin. Hücumu həyata keçirən şəxs vətəndaşın bütün addımlarını izləyir. Vətəndaşlara tövsiyəmiz budur ki, bu kimi keçidlərə çox diqqət etsinlər. Bilsinlər ki, “Azərpoçt”un belə bir xidməti yoxdur. Onlar aldadıla bilər, pullarını itirə bilərlər”.

O vurğulayıb ki, növbəti hücum növü isə vətəndaşlara müxtəlif keçidlərin, linklərin göndərilməsi ilə bağlıdır: “Bu keçiddə qeyd edirlər ki, vətəndaşlar keçidə daxil olsunlar və hansısa kampaniya çərçivəsində vəsait əldə etsinlər. Vətəndaş həmin səhifəyə daxil olduqda yerli banklardan birinin loqosunu, vəsaiti göndərən tərəf haqqında məlumatları görür və bu vəsaiti qəbul etmək üçün bank məlumatlarının daxil edilməsi tələb edilir. Təbii ki, vətəndaş bank kartarını daxil etdikdə məlumatları digər tərəfə ötürülür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam