Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

SOCAR hasil edilən neft-qazın həcmini AÇIQLAYIB

SOCAR hasil edilən neft-qazın həcmini AÇIQLAYIB

SOCAR üzrə 2022-ci ilin üçüncü rübündə 18 min metrdən1 artıq qazma işləri həyata keçirilib.

Yenixeber.org: Hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona2 yaxın neft, 2 milyard kubmetrdən3 artıq qaz hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 % artıb. Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.

 2022-ci ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan4 artıq neft, 11 milyard kubmetrə5 yaxın qaz hasil edilib.

 Cari ilin 3-cü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən ixrac edilən neftin həcmi 7,4% artaraq 4,8 milyon ton6 təşkil edib. SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.

 Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16% artaraq, 5,2 milyard kubmetr7 olub. SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr8 təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 faiz artıb.  

 Hesabat dövründə ölkə daxilində 2,5 milyard kubmetr9 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.

 Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton10 neft, 898 milyon kubmetr11 qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb.

 Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona12 yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam