Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

 İran məhkəməyə veriləcək -“İran müharibədə tərəf kimi tanına bilər"

Iran, Ebrahim Raisi, President Hassan Rouhani, Guardian Council, GC, Sharia, Khamenei, nuclear deal, JCPOA, EU,

“İran Rusiyanı Ukraynaya qarşı silahlandırır. Bununla bağlı əlimizdə sübutlar mövcuddur. Artıq Ukrayna və Qərbdən bununla bağlı reaksiyalar var. Sadəcə olaraq, Qərb anlayışı kifayət qədər genişdir. Düşünürəm ki, Birləşmiş Ştatlar ciddi və tez reaksiya verəcək”.

Yenixeber.org: Bu haqda Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, ictimai xadim, hazırda Rusiyaya qarşı döyüşdə iştirak edən Dmitro Kulibaba məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna İrandan məhkəməyə müraciət edəcək:


“İran müharibədə tərəf kimi tanına bilər. Təkcə onların dronlarının deyil, həm də Krımda cəmləşmiş operatorların istifadəsinə dair sübutlar var. Ukrayna İranın Kiyevdəki səfirliyinin işçilərinin sayını məhdudlaşdırıb və səfiri akkreditasiyadan məhrum edib.


Əlbəttə, biz İranı məhkəmələr vasitəsilə cəzalandıra biləcəyik və onlar da Rusiya kimi məsuliyyət daşıyacaqlar. Biz konkret insanların cəzalandırılması və təzminat ödənilməsini tələb edəcəyik. Amma indi pilotsuz təyyarələrin və raketlərin axınını dayandırmalıyıq. Biz Birləşmiş Ştatlar və digər müttəfiqlərimizlə birlikdə bunun qarşısını alacağıq”.

 

Xatırladaq ki, “The Washington Post” nəşri avqust ayında Rusiyanın İrandan PUA-ların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya hərbçilərinin Ukraynaya qarşı müharibədə İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib. İran tərəfi isə bunu təkzib edərək, Ukraynadan sübutların təqdim olunmasını istəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam