Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakıda türk ombudsmanlarının iclası keçirilib

 

Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) növbəti iclası Bakı şəhərində keçirilib.

Yenixeber.org: Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Ombudsman Səbinə Əliyeva iştirakçıları salamlayaraq, TÜRKOMB-un növbəti iclasının Bakıda keçirilməsindən məmnun olduğunu bildirib.

Müzakirələr zamanı Assosiasiya çərçivəsində Azərbaycan Ombudsman təsisatının təşkilatçılığı ilə həyata keçirilən maarifləndirmə tədbirləri iştirakçılar tərəfindən təqdirlə qarşılanıb.

İclasda görülən işlərə dair məruzə dinlənilib və iştirakçılar tərəfindən Assosiasiyanın işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Qeyd olunmalıdır ki, carı ildə Ombudsman təsisatı tərəfindən TÜRKOMB-un üzv qurumlarının əməkdaşlarının da iştirakı ilə informasiya əldə etmək hüququ, biznes və insan hüquqları mövzularında hibrid təlimlərin təşkil edildiyi diqqətə çatdırılıb. Maarifləndirmə və təcrübə mübadiləsi baxımından bu cür təcrübələrin davam etdirilməsinin vacib olduğu vurğulanıb.

İclasın yekununda Azərbaycan Ombudsman təsisatı tərəfindən Assosiasiyanın idarəçilik məsələlərinin həyata keçirilməsi ilə bağlı məmnunluq ifadə edilib və əməkdaşlığın inkişafı, təşkilati məsələlərlə bağlı fəaliyyətin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam