Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Özbəkistanlı general Azərbaycandadır

Özbəkistanlı general Azərbaycandadır - FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanov Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini, həmçinin Milli Müdafiə Universitetini ziyarət edib.


Yenixeber.org: Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, qonaq onu müşayiət edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birgə əvvəlcə HDQ-nin hərbi hissəsi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla yad edib.


Qonaqlara hərbi hissə haqqında ətraflı brifinq təqdim edildikdən sonra burada şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.


Yeməkxana, yataqxana, inzibati və xidməti otaqlar ziyarət edilib, hərbi hissənin silahları və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.


Özbəkistan nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib.

 

Sonra general-leytenant B.Kurbanov HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək burada yaradılan şəraitlə tanış olub və döyüş vasitələrinin imkanları barədə məlumatlandırılıb.


Daha sonra qonaqlar Milli Müdafiə Universitetini ziyarət edib. Onlara Universitetin tarixi, fəaliyyəti və ümumilikdə hərbi təhsil sistemi ilə bağlı geniş brifinq təqdim olunub. Özbəkistan müdafiə naziri universitetin xatirə kitabına ürək sözlərini yazıb.


Yekunda müasir avadanlıqlarla təchiz edilmiş simulyasiya mərkəzinə gələn qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, mərkəzin fəaliyyəti ilə bağlı onlara ətraflı məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam