Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu il 168 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

 

Bu ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən götürülən 4 ton 827 kq 532,775 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 168 milyon 635 000 manat (99 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Yenixeber.org: Bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatda öz əksini tapıb.

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunan 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının və 28 697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam