Türkiyə səfiri:"Prezident Rəcəb Tayyib Ərdoğanı qarşılamaq üçün Zəngilandayıq"
Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Zəngilandadır.
Yenixeber.org: O, bu barədə tviterdə yazıb.
“Azad Qarabağın ikinci aeroportu Zəngilan Beynəlxalq Hava Limanının Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə bu gün açılışı olacaq. Cənab Prezident və heyətini qarşılamaq üçün Qarabağdayıq”, - o bildirib.