Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Hərbçilərə psixoloji dəstək göstərilir

Hərbçilərə psixoloji dəstək göstərilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməklik göstərilməsinə dair tədbirlər keçirilib.

 Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib.

Həmçinin bölmələrdə şəxsi heyətin gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, hərbi qulluqçuların sağlamlığının qorunması, ideoloji iş və mənəvi-psixoloji təminat işinin effektivliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə metodiki məşğələlər keçirilib və lazımi tövsiyələr verilib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam