Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!

 

Mobil operator “Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70% endirimlə istifadə etmə fürsəti verir. İngilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə “FluentWorlds” və 7.70 AZN ödəməklə “Lingokids” tətbiqlərindən yararlana bilərlər. Üstəlik, “Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər.

Yenixeber.org: Bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. “FluentWorlds” ingilis dilini öyrənmək üçün 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır. “Lingokids” proqramı isə əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir.

“Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün ətraflı məlumatı 

nar.az/fluentworlds və nar.az/lingokids səhifələrindən əldə edə bilərsiniz. “Nar” endirimi olmadan “FluentWorlds” üçün aylıq abunə haqqı 16.99 AZN, “LingoKids” üçün isə 25.50 AZN-dir. Tətbiqləri “App Store” və “Play Store”-dan yükləmək mümkündür.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam