Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycan erməni cinayətləri ilə bağlı bütün materialları Avropa Məhkəməsinə təqdim edib

 

“Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib”.

Yenixeber.org: Bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan öz haqq mövqeyini müdafiə edir:

“Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir. Biz artıq 2003-cü ildən bu işlə məşğul oluruq. Avropa Məhkəməsində Çıraqov və digərlərinin Ermənistana qarşı şikayəti daxil olduqdan sonra Azərbaycan dövləti bu işlə daha yaxından məşğul olmağa başlayıb. 2015-ci ildə Avropa Məhkəməsinin Çıraqov və digərlərinin Ermənistana qarşı iş üzrə qərarında artıq müharibə cinayətlərini əks etdirən Haaqa Konvensiyasına və nizamnaməsinə istinad olunub və həmin mətndə tarixdə ilk dəfə olaraq beynəlxalq məhkəmənin qərarında Ermənistan dövləti tərəfindən Azərbaycan ərazisinin bir qismini işğal altında saxlaması faktı əks etdirilib”.

Ali Məhkəmənin sədr müavini vurğulayıb ki, 2020-ci ilin oktyabrında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib:

“2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim etmişdir. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, biz bu sadədə də qələbə qazanacağıq. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək və Azərbaycan əhalisinin pozulmuş hüquqlarının bərpası məqsədilə Ermənistan üzərinə təzminat müəyyən ediləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam