Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukraynaya keçən azərbaycanlıların olduğu avtobus partladılıb? -XİN-dən açıqlama


Rusiyadan Ukrayana keçmək istəyən azərbaycanlıların avtobusunun partladıldığı iddia edilib.
Yenixeber.org: Bu barədə hüquqşünas Aqil Layıc sosial şəbəkə hesabında paylaşım edib.

“Rusiya quldurları Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobusu partladıb. Xeyli sayda ölənlər var. Daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb. Hamısı da dolanışıq üçün rus torpaqlarına gedənlərdir. Ölkədən dolanışıq üçün qaçasan və axırda da belə faciə ilə üzləşəsən”, - paylaşımda bildirilib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, ölən 4 nəfər Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan azərbaycanlılardır.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva Yeniavaz.com-a bildirdi ki, bu məlumat hələ ki öz təsdiqini tapmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam