Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Fatih Dönməz:"Azərbaycanla birgə layihələr əməkdaşlığımıza yeni üfüqlər açacaq"

 

Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində birgə layihələr əməkdaşlığımıza yeni üfüqlər açacaq.

Yenixeber.org: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda keçirilən Azərbaycan - Türkiyə II Enerji Forumunda çıxışı zamanı bildirib.

"Hədəfimiz sağlam təməllər əsasında qurulan yeni layihələrə imza atmaqdır. Əməkdaşlığımızın artırılması həm ölkələrimiz, həm də bölgənin rifahı üçün çox əhəmiyyətlidir", - F. Dönməz deyib.

Nazirin sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlər hər gün müxtəlif sahələr üzrə bir az daha genişlənir.

F. Dönməz bildirib ki, Bakıda keçirilən I Forumda imzalanan anlaşmalar bir yol xəritəsidir və gələcəyə yeni hədəflər meydana gətirib:

"Bu hədəflər üçün çox iş görmüşük və çox yol qət edilib. İmzalanan protokollar bu əməkdaşlığın inkişafına yeni addım olacaq. Bu günə qədər bərabər həyata keçirdiyimiz birgə böyük layihələrlə bölgəmizə mühüm töhfələr veririk. Bu dövr ərzində üstümüzə düşən vəzifələri əksiksiz yerinə yetirdik".

F.Dönməz Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki rolundan danışarkən qeyd edib: "SOCAR-ın Türkiyədə ən böyük sərmayəçilərdən olduğundan məmnunluq hissi keçiririk".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam