Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İran Prezidenti və hökumətin başqa qurumlarının saytları kiberhücuma məruz qalıb

 

Sentyabrın 22-də İran Prezidenti İbrahim Rəisi və hökumətin bir çox qurumlarının rəsmi internet saytları haker hücumu nəticəsində dağıdılıb.

Yenixeber.org: Bu barədə GünAz TV məlumat yayıb.

Sayta hücum edən "Anonymous" qrupunun üzvləri öz tviter səhifəsində yazıb: “Biz ədalət mübarizəsində İran xalqının yanındayıq”.

Qrup bir müddət əvvəl M.Əminin İranın əxlaq polisinin əməkdaşları tərəfindən döyülərək öldürülməsinə etiraz olaraq İran hökumətinə məxsus internet saytlarını hədəf alacağını açıqlamışdı.

İran rəhbərliyinin internetə məhdudiyyət qoymasından sonra haker qrupu tviterdə yazıb: "Əziz İran, sən interneti bağladın. Biz isə səni bağlayacağıq".

Qeyd edək ki, Tehran bələdiyyəsinə aid saytların bütün alt domenləri "İran xalqının kiberəsgərləri" adlı hakerlər tərəfindən dağıdılıb və Məhsa Əmininin şəkli əsas səhifəyə yerləşdirilib. Məlumata əsasən, son iki gündə hökumətə aid bir çox internet saytları, o cümlədən İran Mərkəzi Bankının, İrşad Nazirliyinin, hökumətin rəsmi internet saytını və İran hökuməti sözçüsünün saytını sındırılıb.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam