Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib

 

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.

Yenixeber.org:  Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib.

Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir” sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.

Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam