Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

DSX:"Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib"

 

Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanın təxribatı ilə bağlı açıqlama yayıb.

Yenixeber.org: Açıqlamada deyilir:

"Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilmiş və atəş nöqtələri zərərsizləşdirilmişdir. Şəxsi heyət və hərbi texnika baxımından coxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərmiş, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar.

kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;

baş gizir Məmmədov Azər Mustafa oğlu;

baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;

kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;

kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;

kiçik gizir Babazadə Elşən Sahib oğlu;

baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;

baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam