Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qazaxıstan XİN başçısı:"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir"

 

"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir".

Yenixeber.org: Bunu Qazaxıstanın xarici işlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi dünyanın ənənəvi dini liderlərin qurultayının kluarında bildirib.

O deyib ki, Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək.

“Qazaxıstan Ermənistana öz sülhməramlılarını göndərəcəkmi?” sualına cavabında nazir deyib: “Yox. Hələ gündəlikdə belə bir məsələ yoxdur”.

O, sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclasının keçirildiyini xatırladıb. Nazir əlavə edib ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır:

“Ümumiyyələ, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsini bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam