Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycan və Əlcəzair mövcud iqtisadi potensialı reallaşdırmaq niyyətindədir

 

“Azərbaycan və Əlcəzair arasında iqtisadi münasibətlərin istifadə edilməmiş əhəmiyyətli səviyyədə potensialı mövcuddur”.

Yenixeber.org:  Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra birgə mətbuat konfrasında bildiriblər.

C.Bayramovun sözlərinə görə, enerji daşıyıcılarının ixracını həyata keçirən ölkələr olaraq Azərbaycan və Əlcəzair ilk növbədə enerji, həmçinin investisiyalar sahəsində əməkdaşlıq edə bilər: "Bu sahədə istifadə edilməmiş böyük potensial var".

O, Əlcəzairin XİN rəhbərinin Bakıya səfərinin iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

R.Lamamra iki ölkənin iqtisadiyyat və investisiya sahələrində mövcud olan potensialın istifadə edilməsi üçün əllərindən gələn hər şeyi edəcəyini ümidvar olduğunu bildirib.

“Tezliklə Əlcəzair və Azərbaycan arasında Biznes Şurasının yaradılacağına ümid edirik. Belə ki, iqtisadi əməkdaşlıq üçün çox böyük potensial var. İqtisadi əməkdaşlığın potensialı haqqında daha çox öyrənmək, milli iqtisadiyyatlar və tənzimləmələr haqqında məlumat mübadiləsini həyata keçirmək üçün qarşılıqlı səfərlərimiz olacaq. Bu, sözügedən məsələlərdə lazımi qarşılıqlı anlaşma səviyyəsinə nail olmağa imkan verəcək”, - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam