Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycan və Portuqaliya arasında diplomatik münasibətlərin 30 ili tamam olur

 

Diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycan və Portuqaliya Xarici İşlər Nazirliklərinin birgə mətbuat kommünikesi yayılıb.

Yenixeber.org: Azərbaycan XİN-dən verilən məlumata görə, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.

"Son 3 onillik ərzində Azərbaycan və Portuqaliya ikitərəfli münasibətlərin inkişafına birgə töhfə vermiş və iki ölkə arasında əlaqələrin irəliləyişinin şahidi olmuşlar.

Bu gün ölkələrimizi ortaq maraqlar və tarixi dostluq əlaqələri birləşdirir. Biz, əlaqələrimizi möhkəmləndirən və ölkələrimiz arasında qarşılıqlı anlaşmaya kömək edən münasibətlərimizin müsbət inkişafını alqışlayırıq.

İqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi, əlaqələrimizin müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yeni perspektivlər açır. Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlıq və dostluq yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmır. Ölkələrimiz arasında qarşılıqlı dəstək beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qədim tarixə malikdir. Avropa İttifaqı çərçivəsində isə əməkdaşlıq istər ikitərəfli, istərsə də çoxtərəfli sahələrdə genişlənir.

Fürsətdən istifadə edərək münasibətlərimizi həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatlar çərçivəsində inkişaf etdirmək niyyətimizi bildirmək istərdik. Diplomatik münasibətlərimizin 30 illiyi təkcə qeyd etmək üçün bir səbəb deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli gündəliyin genişləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı öhdəlik nümayiş etdirmək üçün mühüm bir fürsətdir.

Biz qarşılıqlı şəkildə hər iki millətə və xalqa sülh, əmin-amanlıq və tərəqqi arzularımızı ifadə edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam