Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Bahar Enerji Limited” şirkətinə "DUR" deyən olacaqmı -"Vəziyyət biabırçı haldadır"

media-baharr

SOCAR-da 80 faiz paya sahib olan “Bahar Enerji Limited” şirkəti illərdir ölkənin əmək qanunvericiliyini pozur və bu şirkət rəhbərliyini bir qurum cəzalandıra bilmir.

Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, bu şirkətin özbaşınalığına səbəb cəzalandırılmamasıdır...

Mövzunun aktuallığını nəzərə alıb, paylaşımı Yenixeber.org-un da oxucularının diqqətinə çatdırırıq:

“Bilirlər ki, xətirlərinə dəyən, irad tutan olmayacaq. Ona görə də illərdir ölkənin əmək qanunvericiliyini pozurlar. Şirkət rəhbərliyini də heç bir qurumun cəsarəti çatmır ki, cəzalandırsın.
“Bahar Enerji Limited”in işçiləri deyir ki, aprel ayının maaşını hələ də almayıblar. Vəziyyət biabırçı haldadır. Bu nə vaxta qədər belə davam edəcək, məlum deyil.
Məlumat verim ki, “Bahar Enerji” Əməliyyat Şirkəti ARDNŞ (20% paya malik) və “Bahar Enerji Limited” (80% paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir.

Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş “Bahar Energy Ltd” şirkəti çıxış edir. “Bahar Enerji”nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkinsdir”.

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam