Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

“HANI VLADİMİR?...” - “Tarixi görüş” gözləntisi fiaskoya uğrayır

İstanbulda Rusiya və Ukrayna arasında keçirilən görüşdə hansısa ciddi nəticənin əldə edilə biləcəyinə dair ümidlər getdikcə zəifləyir. Hansı ki, bir çoxlarının bu görüşlə bağlı gözləntiləri böyük idi. Xüsusilə də o kontekstdə ki, Tramp, Putin və Zelenski arasında ehtimal edilən görüş əsl dönüş nöqtəsi ola bilərdi. Ancaq bu, baş vermədi.

Yenixeber.org: “Tədbir diplomatik məyusluğa çevrildi: media zarafatla "Hanı Vladimir?", - deyə soruşur. Bununla belə, sülhə olan ümid hələ də tam sönməyib”. 

“The Telegraph”-da dərc edilən yazıda belə deyilir.

Nəşr qeyd edir ki, Zelenski doğrudan da vəd etdiyi kimi Türkiyəyə gəldi, lakin İstanbulda Putinlə deyil, Ankarada Ərdoğanla görüş keçirdi: “Bu zaman Putin Moskvada qalıb, bankirlərlə görüşüb, quru qoşunlara komandanlıq edən general Oleq Salyukovu işdən çıxarıb və sair. Daha əvvəl Putin İstanbula gəlsə, o da gedəcəyini deyən Tramp Yaxın Şərqdə qalıb. Nəticədə mayın 15-də heç bir əsaslı danışıqlar olmadı - hətta köməkçilər arasında da.

Rusiya keçmiş mədəniyyət naziri Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətini göndərib. Onun iştirakı simvolik görünür və Zelenskinin dediyi kimi, bu heyət sırf görüntü xatirinə göndərilən “dekorativ” heyətdir. Moskva bir daha 2022-ci il İstanbul Kommunikesində təsbit edilmiş şərtləri irəli sürür: Ukrayna NATO-dan imtina etməli, tərksilah edilməli, neytrallığı qəbul etməlidir. Ona verilən “zəmanət” isə Rusiya Federasiyasının veto hüququndan asılı olacaq. Kiyev hələ o vaxt bu şərtləri kapitulyasiya hesab edərək, rədd etdi”.

Nəşr yazır ki, gözlənilən, lakin baş tutmayan bu görüş Uinston Çörçill, Franklin D. Ruzvelt və İosif Stalinin 1945-ci ilin fevralında Yaltada keçirilən görüşündən sonra ən mühüm görüşlərdən biri, hətta tarixi bir görüş ola bilərdi: "Əgər Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski İstanbulun əzəmətli Dolmabaxça sarayında ziyafət süfrəsi ətrafında toplaşsaydılar, Avropanın taleyini dəyişə bilərdilər. Əvəzində bu, üç liderdən heç birinin İstanbulda görünmədiyi bir fars və çaşqınlıq günü, dünya mətbuatının “hanı Vladimir” soruşduğu gün idi".

Bununla yanaşı, nəşr qeyd edir ki, formal uğursuzluğa baxmayaraq, avropalı diplomatlar ümidlərini itirmirlər. Onlar Trampın Putinə qarşı səbrini itirməyə başladığı fikrini irəli sürürlər. Belə ki, Putin özünün bəyan etdiyi danışıqlara məhəl qoymayıb və 30 günlük atəşkəs çağırışlarını rədd edib. Diplomatlar deyirlər ki, bu cür inadkarlıq Trampı Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləməyə sövq edə bilər.

Senator Lindsi Qrem artıq Rusiya neftinin idxalçılarına 500 faizlik tarifləri nəzərdə tutan qanun layihəsini təklif edib. Onun fikrincə, bu, Rusiya iqtisadiyyatına kritik zərbə vura bilər. Gözləntilərə baxmayaraq, ABŞ Prezidenti hələ ki, qətiyyətli reaksiya göstərməyib və baş verənlərdən məyus olmadığını iddia edib.

O, təyyarədə jurnalistlərə deyib: "Mən məyus deyiləm... Niyə məyus olmalıyam?"

Onun mövqeyini dəyişib-dəyişməyəcəyi hələlik məlum deyil. Ancaq analitiklərin fikrincə, Trampın hərəkətlərini proqnozlaşdırmaq mənasız işdir.

Əlavə edək ki, Rusiya və Ukrayna arasında Türkiyədə danışıqlar mayın 15-də baş tutmalı idi. Lakin baş tutmadı. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, mayın 16-da səhər saat 10-dan etibarən Ukrayna nümayəndə heyətini gözləyəcəklər.

Qeyd edək ki, bu nümayəndə heyətlərinin görüşündən doğrudan da hansısa fövqəladə qərarlar gözləməyə dəymir. Ümumiyyətlə, çoxları unudur ki, Putinin İstanbulda görüş təklifi Avropa liderlərinin ABŞ-nin dəstəyi ilə Kremlə verdiyi sanksiyalar ultimatumundan dərhal sonra gəldi. Yəni, Putindən gələn bu təklif hansısa ciddi və Rusiya üçün təhlükəli sanksiyaların qarşısını almaq və vaxt uzatmaq üçün atılan addım idi.

Trampın növbəti dəfə Putinin tələsinə düşərək Ukraynanı dərhal İstanbula getməyə vadar etməsi onu göstərdi ki, Putinin planı işə yaradı. Yəni, Putin atəşkəsə getmədən, Ukraynada hücumları davam etdirməklə paralel olaraq, danışıqlar görüntüsü yaratmaqla məşğuldur və Trampı da bu oyuna çəkməkdə davam edir. Ona görə də Avropanın və Ukraynanın “əvvəl atəşkəs, sonra danışıqlar” tələbi həm də Trampın sayəsində ikinci plana keçir. Bu isə o deməkdir ki, Tramp Avropa və Ukrayna ilə birgə hərəkət etyməyincə, Putin saxta danışıqlar fonunda müharibəni daha da şiddətləndirmək və Ukraynada mümkün qədər irəliləməkdə davam edəcək…(Azpolitika)

C.Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam